SİZİN REKLAM BURADA!
055 213 76 73



Hazırda qlobal miqyasda smartfon satışlarında ikinci yerdə qərarlaşan Huawei şirkəti özünün flaqman modeli olan Mate 20 Pro-dan sonra yenidən dünya gündəmini zəbt edib. Bu dəfə texnologiya nəhəngi Porsche Design ilə əməkdaşlığı şəraitində tam yeni bir smartfon modeli - xüsusi buraxılış Huawei Porsche Design Mate 20 RS-i təqdim edib.

Çox məhdud sayda buraxılmış bu telefonların artıq London, Sinqapur və Dubay şəhərlərində təqdimatı baş tutub. Belə ki, Sinqapur Çin istisna olmaqla bütün Asiya-Sakit Okean bölgəsində Porsche Design Mate 20 RS-in çox məhdud sayda satıla biləcəyi yeganə ölkə olub.

Dubaydakı təqdimat isə özünün möhtəşəmliyi ilə yadda qalıb. Dubay şəhərində dünyanın ən hündür göydələni olan ikonik Bürc Xəlifənin üzərində PD Mate 20 RS modelinin fleş şousu baş tutub və beləliklə yeni mükəmməl dizayna malik premium model təqdim olunub.

Porsche Design Mate 20 RS lüks modeli artıq Azərbaycanda

Huawei şirkətinin yeni lüks Porsche Design Mate 20 RS modelini artıq Azərbaycanda da əldə etmək mümkündür. Bu model ölkəmizdə satışda çox məhdud saydadır. Qeyd edək ki, Porsche Design Mate 20 RS regionda (Belarus Respublikası və Qafqaz ölkələri) yalnız Azərbaycanda satılacaq. Azərbaycan bu lüks modelin satılacağı yeganə ölkə olacaq.

Çox məhdud sayda və eksklüziv olaraq Baku Electronics mağazalar şəbəkəsində

Huawei Porsche Design Mate 20 RS lüks modeli eksklüziv olaraq yalnız Baku Electronics mağazalar şəbəkəsində satılır.

Huawei Porsche Design Mate 20 RS lüks modeli özünün mükəmməl və incə dizaynı, eləcə də bir sıra texniki xüsusiyyətlərinə görə Mate 20 Pro modelindən fərqlənir. Belə ki, Porsche Design Mate 20 RS modeli 8 GB RAM və 256 GB daxili yaddaşla təchiz olunub ki, bu da Mate 20 Pro-dan bu parametrlərə görə üstünlük deməkdir.

Porsche Design Mate 20 RS super flaqman modelinin dizaynında bir incəlik və mükəmməllik vardır. Telefonda arxa hissədə yan tərəflər əl işi olan təbii dəri ilə örtülüdür, Leica-dan olan kameraların yerləşdiyi orta hissə şüşədəndir, şüşə hissənin tam ortasında isə kiçik və nazik yarış zolaqlarını sezmək mümkündür.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/
https://www.instagram.com/huaweimobileaz/
https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A