SİZİN REKLAM BURADA!
055 213 76 73



Manatın dollara nisbətdə 55 faiz ucuzlaşması Azərbaycanda istehlak məhsullarının da qiymətinin artmasına səbəb olub. 
 
BAKU.WS məlumat verir ki, paytaxt bazarlarında satışda olan istehlak məhsullarının əvvəlki qiyməti ilə hazırkı qiyməti arasında ciddi fərq var. Həmçinin topdan satış məntəqələrində də qiymətlərdə artım müşahidə olunur.
 
BAKU.WS paytaxtın ən ucuz bazarı hesab olunan "Vağzal bazarı"nda qiyməti qalxan məhsulları təqdim edir:
 


Vağzal ətrafı topdan satış məntəqələrində yumurtanın qiyməti 18-20 qəpik arası dəyişir. Əvvəlki qiyməti isə 10-12 qəpik olub. 
 


Xaricdən gətirilmiş kilosu 1 manat olan apelsinlərin qiyməti isə "Vağzal bazarı"nda 2.50 AZN-ə qalxıb. Yerli məhsula isə rast gəlinmir. 
 

 
Yerli almalar 30-50 qəpikdən 1 manata kimi qalxıb. Əvvəl 1 kilosu 1 manat olan xaricdən gətirilən almaların hazırki satış qiyməti 2 manatadır. 
 

 

Naringilərin qiymətində isə 1 manatdan çox fərq var. Əvvəllər 50 qəpiyə satılan naringi hazırda 1.50 AZN-dir. 

 

 

70 qəpiyə satılan yerli pomidor-xiyarın satış qiyməti 2.50 AZN-ə kimi qalxıb. Satıcıların bildirdiyinə görə, xarici məhsullar satışda hələki yoxdur. 

 

 

Satıcıların sözlərinə görə, ət məhsullarında isə qiymət artımı hazırda müşahidə olunmur. Ümumiyyətlə isə ət məhsullarına tələbat azalıb. Satıcılar onu da bildirdilər ki, artıq neçə gündür satış yoxdur. 

 

Ayşən Ayxan

BAKU.WS