Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Yanvarın 25-də qızılın qiyməti yanvarın 24-ü ilə müqayisədə 0,663 manat artaraq 1 unsiya üçün 2179,485 manat təşkil edib.
Gümüş 0,0467 manat bahalaşaraq 1 unsiya üçün 26,0987 manata bərabər olub.
Platinin qiyməti 14,3225 manat artaraq 1367,9475 manat, palladiumun qiyməti isə 46,75 manat azalaraq 2247,1875 manat təşkil edib.
BAKU.WS