VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Mətbuatda sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, "Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hotelinin söküləcəyi ilə bağlı xəbərlər yayılıb. Ötən ilin aprelində yanğın baş vermiş və əvvəlki adı "Trump Tower Baku”, sonrakı adı isə "Yelkən hotel” olan binanın fasadı tam dəmir çərçivələrə alınıb. İddialara görə, bu həmin hoteli söküləcəyi ilə bağlı şübhələri artırır.

BAKU.WS
 azxeber.com-a istinadən xəbər verir ki, sabiq nəqliyyat naziri Ziya Məmmədov yayılan xəbərlərin şayiə olduğunu bildirib.

O, məsələ ilə bağlı suala əsəbi reaksiya verib:

"Onu deyən qələt edir. Sökmürlər e, qoy lap partlatsınlar. Nə otel, otel nədir? Mən ilk dəfədir eşidirəm bunu. Boş-boş şeylərlə özünüzün də vaxtını almayın, mənim də. Otel lap tutaq ki, kiminsə olub və söküblər? Bunun sizə nə dəxli var? Bunun nə mənə, nə də mənim oğluma heç bir aidiyyatı yoxdur”.

BAKU.WS