VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Paytaxtda valyutadəyişmə məntəqələri bağlıdır.
 
BAKU.WS-in ans press-ə istinadən məlumatına görə, 28 may metrostansiyası yaxınlığında sakinlərdən dollar almağı təklif edən satıcılar bildirirlər ki məntəqələrin bu gün bağlı olması bazar ertəsi dolların məzənnəsinin 2 manata çatacağı ilə bağlıdır. Şənbə-bazar dollar satmaqla məntəqələr özlərinə ziyan etmək istəmirlər.

Özünü təqdim etmək istəməyən şəxs 1 ABŞ dollarını 1.75 AZN-ə almağı təklif edib. Dolların alınmadığını görəndə isə o gülümsəyərək, hazırda heç kimin dollar satmadığını, yalnız aldığını bildirib. Daha bir satıcı isə bir ABŞ dollarını 2 manata təklif edib. Yəni, real müştəri varsa razılıq əldə oluna bilər...

Bütün bunlar ölkədə ötən əsrin 90-cı illərində olduğu kimi, yenidən "qara bazar”ın yaranmasından xəbər verir. Bu ssenari bir çoxlarına tanışdır. Hazırda 28 may metrostansiyası yaxınlığında "qara bazar” nümayəndələri öz kiçik şəbəkələrini də qurublar və taksi şoferləri də bu işdə onlara yardımçıdır.

Xatırladaq ki, daha öncə Azərbaycan Banklar Assosiasiyası yaranan vəziyyətə aydınlıq gətirərək 1 manatın 2 dollar olacağı ilə bağlı xəbrləri şayiə adlandırıb.

BAKU.WS