VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,04 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,43 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,93 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,14 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 3,02 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,99 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,14 dollar/barel çoxdur.

BAKU.WS