VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 16-da 62,75 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,23 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,32 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 58,96 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,85 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 59,93 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,19 dollar/barel çoxdur.

BAKU.WS