VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 15-də 61,52 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,59 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 60,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,5 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,11 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,33 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 58,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.

BAKU.WS