VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əmək pensiyalarında artım 4-7 manat intervalında dəyişəcək. Hesablamalar göstərir ki, aylıq artımla pensiyaçılar 1 ay ərzində 300-500 qram yerli mal əti və ya 200-300 qram xarici Zellandiya mənşəli kərə yağı ala biləcəklər.

BAKU.WS xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu bu barədə sosial şəbəkədə yazıb. Mütəxəssis qeyd edir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri açıqlamasında bildirib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər. Bununla bağlı nazir onu da əlavə edib ki, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır.

"DSK-dan gözlənilən rəqəm nominal əmək haqqının orta illik artım tempi göstəricisidir. Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında nominal əmək haqqının orta illik artım tempi 2,8 faiz olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 3 faizi ötməyəcək. Belə olan halda da əmək pensiyaları ötən ilki nominal əmək haqqının orta artım tempinə uyğun indeksləşdiriləcək.

Yəni, səxavətli hakimiyyətin sosial qayğısı ilə aylıq pensiyası 130 manat olanlar üçün 3 manat 90 qəpik, 150 manat olanlar üçün artım 4 manat 50 qəpik, 180 manat olanlar üçün artım 5 manat 40 qəpik, 200 manat olanlar üçün artım 6 manat, 220 manat olanlar üçün artım 6 manat 60 qəpik, 250 manat olanlar üçün artım 7 manat 50 qəpik artım gözlənilir. Hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq nominal əmək haqqındakı artım faizini, 3 faizi əlavə edərək bu aydan alacağı pensiyanın yeni məbləğini hesablaya bilər.

Hesablamalar göstərir ki, aylıq artımla pensiyaçılar 1 ay ərzində 300-500 qram yerli mal əti və ya 200-300 qram xarici Zellandiya mənşəli kərə yağı ala biləcəklər.

Məlumat üçün qeyd edim ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir. Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub".

BAKU.WS