SİZİN REKLAM BURADA!
055 213 76 73



2018-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 0,1 faiz artaraq 783,4 manat olub.


BAKU.WS-in Trend-ə istinadən məlumatına görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

BAKU.WS