SİZİN REKLAM BURADA!
055 213 76 73




Dayələr, fərdi sürücülüklə məşğul olanlar, aşpazlar, gözətçilərdən sonra bərbərlər, dərzilər və ofisiantlar da sabit vergi ödəyicisi olacaqlar.

Bununla bağlı dəyişiklik Vergi Məcəlləsinə edilib və yanvarın 1-dən etibarən qüvvəyə minməsi planlaşdırılır.

Bu tarixdən sonra bərbərlər aylıq 20 manat, dərzilər 10 manat, ofisianlar da 10 manat sabit vergi ödəyicisi olacaqlar.

Vergilər Nazirliyinin şöbə müdiri Gülnar İsayevanın sözlərinə görə, dəyişiklikdə bu ödəyicilər üçün bölgələr üzrə əmsallar tətbiq edilib. Bakıda fəaliyyət göstərənlər bu məbləğdə iki dəfə, Abşeron, Sumqayıt və Gəncədə fəaliyyət göstərənlər isə 1,5 dəfə çox ödəniş edəcəklər.

Bununla yanaşı, adıçəkilən fəaliyyət növləri ilə məşğul olanlar vergi orqanına hər rüb üzrə bəyannamə təqdim etməkdən də azad olunacaqlar. Sahibkarlıq fəaliyyətini sabit qəbz olmadan həyata keçirən şəxslər isə cərimələnəcəklər. Təqvim ili ərzində ilk dəfə qanun pozuntusuna yol verənlərə aylıq sabit məbləğin 40 faizi, eyni halı təqvim ili ərzində iki və ya daha çox təkrarlayanlara isə aylıq sabit məbləğin 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS