SİZİN REKLAM BURADA!
055 213 76 73



2017-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) və dövlətin payına düşən 131 682 405 barel xam neft satılıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “2017-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) Hesabatının yekun versiyasında qeyd olunub.

Hesabata əsasən, bu həcmdə xam neftin dəyəri 7,112 mlrd. ABŞ dolları təşkil edib.

SOCAR-ın və dövlətin payına düşən xam neftin son alıcılarının bir neçəsi aşağıdakı şirkətlərdir: BP (2 676 324 barel, 146,81 mln. dollar), CHİNAOİL (2 971 578 barel, 145,84 mln. dollar), CPC (miqdarı 3 193 861 barel, dəyəri 158,76 mln. dollar), ENI (9 184 649 barel, 496,11 mln. dollar), “Exxon” (18 768 156 barel, 1033,30 mln. dollar), Galp Energia Espania (Petrogal) (7 428 102 barel, 410,44 mln. dollar), “Glencore” (5 795 390 barel, 319,83 mln. dollar), İndianOil Corporation Ltd. (İOCL) (4 623 428 barel, 240,89 mln. dollar), IRVING (7 061 214 barel, 388,98 mln. dollar), KMG (2 738 707 barel, 147,44 mln. dollar), Kuwait Petroleum International (KPI) (4 569 456 barel, 248,82 mln. dollar), OMV (2 728 886 barel, 156,05 mln. dollar), ORL (2 756 469 barel, 147,5 mln. dollar, PAZ Oil (3 245 042 barel, 187,75 mln. dollar), Pertamina (6 643 333 barel, 358,38 mln. dollar), PKN ORLEN (9 860 974 barel, 534,68 mln. dollar), ROSNEFT (3 398 966 barel, 195,16 mln. dollar), SARAS (7 200 501 barel, 369,71 mln. dollar), STİR (2 855 016 barel, 147,34 mln. dollar), TATALERG (3 201 090 barel, 172,46 mln. dollar), TOTSA (2 476 450 barel, 137,85 mln. dollar), UNIPEC (3 089 489 barel, 153,38 mln. dollar).

Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) və dövlətin payına düşən 127 375 467 barel xam neft satılıb. Bu həcmdə xam neftin dəyəri 5,531 mlrd. ABŞ dolları təşkil edib.

BAKU.WS