SİZİN REKLAM BURADA!
055 213 76 73



CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 21-də 65,44 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,34 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 21-də 64,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 21-də 60,29 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 21-də 61,88 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.

BAKU.WS