SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda bank sabahadan adını dəyişir. 

BAKU.WS-in məlumatına görə, "Bank Silk Vey" bu barədə müştərilərinə məlumat göndərib: 

"Hörmətli müştərilər! 23.11.2018-ci il tarixindən etibarən "Bank Silk Vey" ASC-nin adı dəyişdirilərək "Premium Bank" ASC adlandırılacaq və bank, bu ad altında fəaliyyətini davam etdirəcək. Xahiş edirik nəzərə alasınız". 

Bankın adının dəyişməsi onu müştərilər, əməkdaşlıq etdiyi tərəflər qarşısında yaranmış hüquq və öhdəliklərdən azad etmir, istifadədə olan kart məhsullarının xidmətini dayandırmır və bankın rekvizitləri (VÖEN, SWIFT kod, müxbir hesab, ünvan, əlaqə nömrələri və sair) dəyişməz olaraq saxlanılır.

Şahin
BAKU.WS