VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 617,5 mln. manat olmaqla əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,7% artıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayında ölkədə avtomobil benzininin istehsalı 2,1% artaraq 1 009,6 min ton olub. Bu müddət ərzində dizel yanacağının istehsalı 5,2% artaraq 1 615,5 min ton təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında sürtkü yağlarının istehsalı 5,1 dəfə artaraq 129,5 min ton, neft bitumunun istehsalı 36,7% artaraq 247,1 min olub. Neft koksunun istehsalı 18,4% artaraq 205,8 min ton olub. Bu ilin yanvar-oktyabr aylarında yanacaq mazutunun istehsalı 73,9 min ton təşkil edib.

Bu ilin on ayında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 13,5% artaraq 170,3 min tona çatıb. Ağ neftin istehsalı isə 4,5% artaraq 507,1 min ton təşkil edib.

BAKU.WS