VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1 209,622 mln. ABŞ dolları dəyərində 6 184,175 mln. kubmetr təbii qaz ixrac edib.

BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 207 916,5 dollar (20,8%) və 535,15 mln. kubmetr (9,5%) çoxdur.

10 ay ərzində təbii qaz ixracı Azərbaycanın ümumi ixracının 7,6%-ni təşkil edib.

BAKU.WS