SİZİN REKLAM BURADA!
055 213 76 73



Aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək.

BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov gəlir vergisi ilə bağlı qanunvericiliyə təklif edilən dəyişikliyi şərh edərkən bildirib.

O qeyd edib ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu, o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırki gəlir vergisi dərəcəsindən az olacaq, amma onun iki rəqəmli olacağı gözlənilir. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək.

BAKU.WS