SİZİN REKLAM BURADA!
055 213 76 73



2018-ci il sentyabrın sonunadək Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 367 milyon dollar (7,1 faiz) artaraq 5 534,5 milyon dollara çatıb.

BAKU.WS Mərkəzi Banka istinadən xəbər verir ki, sentyabr ayı ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 31 milyon dollar, ilin əvvəlindən isə 199,9 milyon dollar artıb.

Qeyd edək ki, ötən il Mərkəzi Bankın valyuta ehtiyatları 1,36 milyard dollar və ya 34,2 faiz artmışdı.

BAKU.WS