Neftin qiyməti yenidən bahalaşıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, artım OPEC+ təşkilatının açıqlamalarından sonra qeydə alınıb.

Belə ki, Londonun İCE Futures birjasında “Brent” markalı neftin bir barreli 2,9 faiz bahalaşaraq 81,17 dollara satılıb. Bununla da “Brent” markalı neftin qiyməti 2014-ci il noyabrın 21-dən sonra ilk dəfə 81 dolları keçib.

Bununla yanaşı, Nyu-York Əmtəə Birjasındakı hərracda WTI markalı neftin bir bareli 2,02 faiz bahalaşaraq 72,21 dollar olub.

BAKU.WS