SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Bakıdan Çinin böyük şəhərlərindən biri Tyanszinə yeni reys açır.

“Silk Way West Airlines” aviaşirkətinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aviaşirkət Tyanszinə yeni reysi həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetirəcək. Bu marşrut aviaşirkətin Bakıdakı yerli habını Şimali Çində aparıcı sənaye mərkəzlərindən biri ilə birləşdirəcək.

“Bu reys strateji boşluğu aradan qaldıracaq və sürətlə inkişaf edən Şimali Çində yük aviadaşımaları xidmətlərinin tam spektrini göstərməyə imkan verəcək. Xüsusilə, şərq və qərb istiqamətlərində maşınqayırma və aviasiya sənayesi sahəsində mallara böyük tələbat var”, Silk Way West Airlines prezidenti və icraçı direktoru Volfqanq Meyer bildirmişdir.

BAKU.WS