Dövlət Neft Fondu ilin 7 ayında ötən ilki qədər valyuta satıb. İdxal artır, ixrac azalır. Bu halda manat yenidən dəyərdən düşəcəkmi?

BAKU.WS
xəbər verir ki, bank üzrə ekspert Əkrəm Həsənov bizimyol.info-ya bildirib ki, cari ilin son aylarında manatın sabitliyi üçün əhəmiyyət kəsb edən iqtisadi göstəriciləri nəzərə alaraq manat üçün risklər var:

“Ümumən qeyd edilən kontekstdə bu təhlükə əlbəttə var. Lakin valyuta ehtiyatlarımız da kifayət qədərdir. Hətta artır da. Çünki neftin qiyməti artır. Buna görə də Mərkəzi Bank Neft Fondunun dəstəyi ilə bazara əlavə dollar sata və bununla da qıtlığı aradan qaldıra bilər. Necə ki, 2015-ci ilə qədər bunu illər boyu edib və 2017-ci ilin fevral ayından etibarən edir. Rəsmilərin bəyanatlarını nəzərə alaraq, böyük ehtimalla yaxın dövrdə devalvasiyanın baş verilməsinə imkan verilməyəcək. Valyuta ehtiyatlarının bir qisminin itirilməsi bahasına olsa da belə. Bunun düzgün və ya səhv olması başqa mövzudur”.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada müəyyən edilib, edilir və yaxın dövrdə də ediləcək: “Nə qədər ki, neftin qiyməti kəskin düşməyib, bu imkanımız var”.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ