SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda kartof istehsalı ölkə tələbatını iki dəfə üstələyir.

BAKU.WS
Trend-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, cari ildə təqribən 900 min ton kartof istehsal olunub.

Bu yaxınlarda kartofa görə gömrük rüsumunun artırılmasına münasibət bildirən İ.Kərimov vurğulayıb ki, bu addım yerli məhsulun sabit qiymətini təmin etməyə və yerli istehsalçıların maraqlarını qorumağa xidmət edir.

Qeyd edək ki, Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılaraq 15 faizdən 30 faizə çatdırılıb. Bu, hər il yanvarın 1-dən iyunun 30-dək idxal olunan kartofa aiddir.

BAKU.WS