SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkənin aparıcı banklarından biri olan “Bank of Baku” Qurban bayramı münasibətilə elan edilmiş qeyri-iş günlərində də müştərilərinə xidmət göstərəcək.

Belə ki, 22-23 avqust 2018-ci il tarixlərində Bankın “Azneft”, “Neftçilər” və “Həzi Aslanov” filialları fəaliyyətini aşağıdakı gücləndirilmiş iş rejimində davam etdirəcək:

Filial
22.08.2018
23.08.2018
“Azneft” filialı
10:00-21:00
Nahar fasiləsi
(14:00-15:00)
10:00-21:00
Nahar fasiləsi
(14:00-15:00)
“Neftçilər” filialı
10:00-17:00
Nahar fasiləsi
(14:00-15:00)
10:00-17:00
Nahar fasiləsi
(14:00-15:00)
“Həzi Aslanov” filialı
10:00-17:00
Nahar fasiləsi
(14:00-15:00)
10:00-17:00
Nahar fasiləsi
(14:00-15:00)

Bank of Baku-nun müştəriləri bayram günlərində Nağd Pul krediti, Bolkart kredit və debet kartı əldə etməklə yanaşı, Dostlar Klubuna qoşula, həm də valyuta mübadiləsi və Təcili Pul köçürmə xidmətindən faydalana bilərlər.

Müştərilər eyni zamanda kredit və digər ödənişlərini bankın yuxarıda adları çəkilmiş filiallarına yaxınlaşmaqla və ya 24/7 rejimində çalışan ödəniş terminalları vasitəsilə həyata keçirmək imkanına da sahibdirlər.

Qeyd edək ki, Bank of Baku-nun filialları həftənin 7 günü xidmət göstərir. Müştərilər istər həftəsonu, istərsə də həftəiçi filiallara yaxınlaşaraq Bank of Baku-nun xidmətlərindən yararlana bilərlər.

“Bank of Baku”-nun filialları və ünvanları haqqında ətraflı məlumatla bura daxil olaraq tanış ola bilərsiniz.

Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku