VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyədə prezident sözçüsü İbrahim Kalın son iqtisadi vəziyyətlə bağlı açıqlama verib. 

BAKU.WS-in məlumatına görə, sözcü alınan tədbirlərdən sonra vəziyyətin yaxşıya doğru getdiyini söyləyib. Onun sözlərinə görə, Türkiyə heç bir ölkə ilə iqtisadi müharibə aparmaqda maraqlı deyil. 

"Lakin bizə istiqamətli hücum olanda da buna reaksiyasız qala bilmərik. ABŞ administrasiyasının qeyri-qanuni və rasional reaksiyalarına görə məzənnədə dalğalanmalar müşahidə edildi. Bu dəyişmənin Türkiyə iqtisadiyyatı ilə heç bir əlaqəsi yoxdur. Xüsusilə böyük bir iqtisadi müharibə şəraitində türk lirəsinin ucuzlaşması üçün atılan addımları gördük. Gördüyünüz kimi, dünəndən etibarən vəziyyət yaxşıya doğru dəyişib. Türkiyə iqtisadiyyatının təməlləri möhkəmdir. Hal-hazırda dünyada ən güclü bank sisteminə sahib olan ölkələrdən biri Türkiyədir. Məzənnədəki vəziyyət göstərir ki, tədbirlər nəticə verir.

Xüsusilə, 15 yaşdan yuxarı olanlar üçün işsizlik səviyyəsi 10 faizdən azdır və hədəf 9,7 faizdir. Bu, iqtisadiyyatın məşğulluq baxımından müsbət istiqamətdə hərəkət etdiyini təsdiqləyir".

Qeyd edək ki, bir neçə gündür dollar qarşısında sürətlə ucuzlaşan türk lirəsi hətta 7 lirəni ötmüşdü. Ancaq görülən tədbirlərdən sonra Türkiyənin milli valyutası möhkəmlənməyə başlayıb. Hazırda olan rəqəmlərə görə, 1 dollar 6,1 lirə civarındadır. 

Abbas
BAKU.WS