SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə ABŞ dolları durmadan bahalaşır.

BAKU.WS
 "Haberler"ə istinadən xəbər verir ki, Türkiyədə ABŞ dollarının məzənnəsi 6,18 lirəyə çatıb.

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl 3 lirə səviyyəsində olan Amerika valyutası indi 5 lirəni keçib.

Türk iqtisadçılarının fikrincə, bahalaşma bu templə davam edərsə, artım ilin sonuna qədər daha da çatacaq. Çünki 2018-ci ilin ilk ayından bu günə qədər dollar təxminən 24 faiz bahalaşıb.

Psixoloji həddi aşan dolların ilin sonuna qədər bahalaşması davam edərsə, Türkiyə hər 100 dollara görə əlavə olaraq 200 lirə itirəcək.

Bundan başqa, Türkiyədə avronun məzənnəsi 6,63 lirə, ingilis funt sterliqinin məzənnəsi isə 7,35 lirə olub.

Xarici valyutanın bahalaşması əlvan metalların da qiymətinin artımına səbəb olub. Qızılın qiymətində də sürətlə bahalaşma müşahidə olunur.

Ziya SƏCCAD
BAKU.WS