VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Rusiya rublu da dollar təzyiqinə tab gətirmədi. Bir ay öncə 1 dollar almaq üçün 61 rubl ödəmək lazım idisə, hazırda hər dollar 66 rubl tələb edir. Bu isə o deməkdir ki, rubl sadəcə ötən bir ay ərzində 8 faiz dəyər itirib”.

BAKU.WS
xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Vüqar Bayramov “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, milli valyutamızın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da neftin qiyməti və ticarət tərəfdaşlarımız içərsində Rusiya rublu manatın kursuna birbaşa təsir göstərir.


“Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir”, - deyə Vüqar Bayramov bildirib.

İqtisadçı deyir ki, rublun kəskin ucuzlaşmasının davam edəcəyi halda Azərbaycan məhsulları Rusiya bazarında bahalaşacaq:

“Bu da bizim qeyri-neft ixracatımıza təsir göstərəcək. 2017-ci ildə təklif etdiyim kimi, qonşu ölkələrdə milli valyutaların ucuzlaşması fonunda Mərkəzi Bankın çevik məzənnə siyasətinə keçməsinə ehtiyac var. Mərkəzi Bankın fiks (sabit) məzənnə siyasətinə üstünlük verməsi xarici faktorların nəzərə alınmasına imkan vermir. Mərkəzi Bank interval məzənnəyə üstünlük verməlidir. Sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olar”.

BAKU.WS