Bu ilin yanvar-iyun aylarında Bakıda 1 milyon 15,6 min ton dizel yanacağı istehsal olunub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, yarım ildə paytaxtda 614,7 min ton avtomobil benzini, 116,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 303,8 min ton ağ neft, 33,3 min ton yanacaq mazutu, 38,9 min ton sürtkü yağları, 130,7 min ton neft koksu və 138,8 min ton neft bitumu istehsal edilib.

BAKU.WS