Sosial şəbəkələrə “Şərq bazarı"nın sökülməsi ilə bağlı məlumatlar yayılıb.

BAKU.WS
xəbər verir ki, məsələ ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov “lent.az”a açıqlama verərək məsələyə aydınlıq gətirib.

Ş.İbadov bildirib ki, bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və tam sökülməyəcək:

“Şərq bazarı" artıq 5-6 aydır fəaliyyətini dayandırıb. O bina tarixi memarlıq nümunəsidir, bu səbəbdən də sökülə bilməz. Onun içərisindəki konsuriksiyalar bərbad vəziyyətə salınıb. Bazarın içərində hərə bir arakəsmə, taxta ilə özünə bir obyekt düzəltmişdi. İndi həmin artıq şeylərin hamısı söküləcək. Ora gözəl bir tarixi memarlıq əsəri kimi başqa bir təyinatla istifadə olunacaq".

RİH başçısının birinci müavini əlavə edib ki, hazırda "Şərq bazırı"nın daxilində təmir işləri aparılır: "Binanın əhatəsi bağlanıb və təxminən 6 aydan sonra "Şərq bazarı"nda işlər yekunlaşacaq. Təmir bitəndən sonra ətrafı gül-çiçəkli olan memarlıq abidəsi görünəcək”.

BAKU.WS