SİZİN REKLAM BURADA!
055 213 76 73



Yay aylarında süfrələrin əsas təamı olan xiyarın qiyməti qalxıb.

BAKU.WS
xəbər verir ki, paytaxt bazarlarında xiyarın qiyməti 80-90 qəpik arasında dəyişir. Bu barədə “oxu.az” saytı araşdırma aparıb.

Məlum olub ki, bir sıra mağazalarda hətta 1,2 manat təşkil edir. Satıcıların sözlərin görə, mövsümün əvvəlində xiyarın qiyməti 50-70 qəpik idi. Hazırda ən çox yelpənək bahalaşıb - 0,9-1 manata yüksəlib:

“Bir ay əvvəl xiyarı fermerlərdən 40 qəpikdən alırdıqsa, artıq 50-60 qəpikdən alırıq”.

Xiyarın bahalaşmasına səbəb kimi isə məhsulun azlığı göstərilir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi ötən ay xiyarın qiymətində ucuzlaşma qeydə alıb.

BAKU.WS