Bu ilin yanvar-iyun aylarında Azərbaycana 60 136,76 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, 2017-cı ilin eyni dövrü ilə müqayisədə 12 317,49 min dollar və yaxud 17% azdır.

Bu ilin ilk yarısında tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 2,12%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 5 528,07 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 550 880 dollar və yaxud 9,06% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,12%-nə bərabər olub.

BAKU.WS