SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan bankları yaxın vaxtlarda ölkə üzrə vahid bankomat şəbəkəsinin yaradılmasına hazırlaşır.

 

BAKU.WS-in Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əsas məqsəd müştərilərin maliyyə vəsaitlərinə və innovativ bank məhsullarına çıxışının asanlaşdırılması, onlara göstərilən bank xidmətlərinin maya dəyərinin aşağı salınması və müştəri məmnunluğunun təmin edilməsi imkanlarının araşdırılmasından ibarətdir.


Mərkəzi Bankın dəstək verdiyi layihə çərçivəsində banklar öz fəaliyyətində kartlı ödəniş sistemləri, alternativ xidmət kanalları (internet bankçılıq, mobil bankçılıq, ATM, Çağrı Mərkəzi və s.), ödəniş sistemlərinin təhlükəsizliyi və digər nağdsız ödənişlərlə əlaqədar bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, bu istiqamətdə xarici təcrübənin - qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsinə hədəflənməyi planlaşdırılır. Bundan əlavə, müvafiq qurumlara ünvanlanacaq əsaslandırılmış təkliflərin verilməsi, hüquqi-normativ baza və standartların hazırlanmasında iştirak, bu sahələrin inkişafı üçün banklararası razılaşmaların mümkünlüyünün müzakirəsi və digər bu qəbildən olan fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.


Vahid ATM şəbəkəsinin yaradılması ilə yanaşı, ödəniş kartlarının təhlükəsizliyinin möhkəmləndirilməsi də əsas prioritetlərdəndir.


Bu məqsədlə çip texnologiyalı ödəniş kartlarına keçid nəzərdə tutulur. MB maqnit zolaqlardan ibarət olan yeni ödəniş kartlarının təhlükəsizliyinin "PCI DSS” beynəlxalq standartına uyğunlaşdırılmasını banklara tövsiyə edib. Eyni zamanda, ödəniş terminallarının da ən müasir texnologiyalarla təmin olunması məqsədilə bankomatlarda xüsusi sensorların (titrəyiş, istilik və s.), həmçinin kənar xarici qurğuların yerləşdirilməsini aşkarlayan və ya sıradan çıxaran, o cümlədən bankın təhlükəsizlik xidmətinə xəbərdarlıq siqnalı göndərən xüsusi qurğuların quraşdırılması planlaşdırılır.

 

Quraşdırılmış gizli kameraların və ətrafdakı şəxslərin kart sahibi tərəfindən daxil edilən PIN kodu görə bilməməsi üçün «PIN pad»ın üzərində xüsusi maneələrin (məsələn., düymələri yalnız istifadəçinin görə bilməsinə imkan verən tor) quraşdırılması da bu tövsiyələr sırasındadır.


Bank mütəxəssisləri hesab edirlər ki, vahid ATM şəbəkəsinin yaradılması kartlardan istifadə zamanı tutulan komisyon haqların da aşağı düşməsinə səbəb ola bilər.  Layihənin tətbiqi üçün bank nümayəndələrinin vahid bankomat şəbəkəsinə dair beynəlxalq təcrübəni mənimsəməsi nəzərdə tutulur.

 

BAKU.WS