SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bank pulu gecikdirən şəxsin şəklini bloklara yapışdırır. Məlumata görə, şəxs yaşadığı binanın bütün bloklarında və bütün mərtəbələrində qonşusunun borclu olduğu haqqında informasiyanın şəkil formasında yapışdırıldığı ilə rastlaşıb. Şəkildə onun qonşusunun borclu olduğu bildirilir və borc vaxtında ödənilməzsə, müvafiq hüquqi tədbirlərin görüləcəyi ilə xəbərdar edilir. Maraqlı nüanslardan biri odur ki, qeyd olunan şəkildə bankın adı qeyd olunmayıb.  
 
BAKU.WS məlumat verir ki, vəkil Anar Qasımov deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, banklar ilk dəfə deyil ki, bu addımı atır:
 
"Əslində bu ilk insident deyil. Sumqayıtda yerləşən banklardan biri müştərinin yaşadığı binanın blokuna onun şəklini yapışdırmışdı. Biz bu məsələ ilə bağlı bankın yerləşdiyi yer üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmədə biz məbləği kifayət qədər yüksək qoymuşduq. Amma məhkəmə müştəriyə vurduğu mənəvi ziyana görə 2000 manat təzminat kəsdi. Eyni zamanda, bank müştərinin şəklini yapşdırdığı yerlərdə üzrxahlıq elanları da yapışdırmalı idi. Bank məhkəmənin bu qərarından Apellyasiya Məhkəməsinə şikayət ərizəsi vermişdi. Amma Apellyasiya Məhkəməsi də Nəsimi Rayon Məhkəməsinin verdiyi qərarı qüvvəsində saxladı. Ümumiyyətlə, bu, qanunla qadağan olunan bir prosesdir. Banklar müqavilə üzrə öhdəliyini yerinə yetirə bilməyən müştərini məhkəməyə verə bilər".
 
BAKU.WS