VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ölkəmizdə tədavülə yenicə buraxılmış 200 manatlıq əskinasları indi Azərbaycan Beynəlxalq Bankının bankomatlarından əldə etmək olar.


Bank bu gündən etibarən inkassasiya zamanı bəzi bankomatlarında digər nominallarla yanaşı, 200 manatlıq əskinasların da yerləşdirilməsinə başlayıb. Hazırda 200 manatlıq əskinasları müştərilər bankın Baş ofis binası, Səbail filialı, Nəsimi filialı, Mərkəzi filialı, Port Baku və Socar Tower-dəki bankomatlarından əldə edə bilərlər. Yaxın günlərdə Azərbaycan Beynəlxalq Bankının bəzi digər bankomatlarında da bu əskinaslarla nağdlaşdırma aparmaq mümkün olacaq.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı ölkə üzrə ən böyük bankomat şəbəkəsinə malik bankdır. Bankın respublikamızın müxtəlif regionlarını əhatə edən 763 bankomatı müştərilərin xidmətindədir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

BAKU.WS