VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində Azərbaycan xalqı öz təbii resurslarından istifadə edə bilər.

BAKU.WS
 trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Cənub Qaz Dəhlizi" layihəsinin açılış mərasimində çıxışında deyib. Ölkə başçısı bildirib ki, Cənub Qaz Dəhlizi yeni enerji damarıdır:

"O tarixi anı əks etdirən abidə şəhərimizin mərkəzində bir neçə il bundan əvvəl ucaldılıb. O vaxt, XIX əsrin II yarısında, XX əsrin əvvəlində Azərbaycan dünya neft hasilatının əksəriyyətini təmin edirdi. Ancaq Azərbaycan xalqı bundan bəhrələnə bilibmi? Əlbəttə ki, yox. O illərin şəkillərinə, statistik məlumatlarına baxmaq kifayətdir ki, hər kəs görsün ki, xalq səfalət içində yaşayırdı, yoxsulluq hökm sürürdü, heç bir sənaye inkişafından söhbət getmirdi. Sadəcə olaraq Azərbaycan resurs mənbəyi idi və Azərbaycandan çıxarılan "qara qızıl" Azərbaycan xalqının inkişafına xidmət etmirdi. Bizim neftimiz tükənirdi. Neftdən əldə edilən gəlir Azərbaycan xalqının rifahına yönəldilmirdi. Eyni zamanda, biz Abşeron yarımadasında böyük ekoloji problemlərlə üzləşmişdik. Bu problemləri bu gün müstəqil dövlət həll edir. Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii resurslarından istifadə edə bilər".

Dövlət başçısı deyib ki, bu layihədə maraqlar balansı gözlənilib: "Hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları tam təmin edilib. Bu maraqlar balansı olmasaydı, layihə tam həyata keçirilə bilməzdi. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik. Ölkələr və şirkətlər qarşılıqlı siyasi, iqtisadi mənfəətini təmin etməlidir. Azərbaycan da istehsalçı ölkə kimi öz mənfəətini götürür".

Dövlət başçısı nəzərə çatdırıb ki, bu gün Azərbaycanın həyatında əlamətdar gündür: "Mən Cənub Qaz Dəhlizinə uzun ömür arzulayıram".

BAKU.WS