SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti kəskin ucuzlaşıb.

Bitkoin 8 min dollardan aşağı düşüb. Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 4,43% ucuzlaşaraq 7 964 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, "Ethereum" 6,97% və ya 644,19 dollaradək, "Ripple" 4,92% (0,64 dollara qədər), "Bitcoin Cash" isə 8,47% (1 099,77 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 354,32 milyard dollar təşkil edir və bunun 38 faizi bitkoinin payına düşür.

BAKU.WS