VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nda dəyişikliklər edilib.

Bəs dəyişikliklər nədən ibarətdir?

Tikinti üzrə ekspert Nüsrət İbrahimov BAKU.WS-ə açıqlamasında bildirib ki, əslində dəyişiklik layihədə göstərilən planın dəqiqliyindən ibarətdir.

"Əgər əvvəllər yazılırdı ki, yeri icra orqanlarını layihə təqdim edilsin, indi onun əvəzinə yazılır ki, tikilidə olan mərtəbələr, onlar arasında kəsiklər göstərilməklə, binanın fasadı qeyd edilməlidir. Əvvəllər də bu tələb vardı, indi də bu qayda var. Sadəcə bu əlavələrlə dəqiqləşmə aparılıb", - deyə mütəxəssis bildirib.

Nüsrət İbrahimov tikinti üçün lazım olan proseduranı belə izah edir:

"Birinci növbədə tikinti aparılacaq torpağın hüquqi təsdiqini göstərən sənəd olmalıdır. Daha sonra həmin torpaqda aparılacaq tikintinin layihəsi işlənməlidir. Yeni qərara görə, layihədə nələr öz əksini tapmalıdır, onu ora əlavə ediblər. Mərtəbələr 12 metrdən artıq olmamaqla şərtilə, aşırımlar arasında məsafə 6 metrdən çox olmamalıdır. Bunların ölçüləri dəqiq göstərilməlidir. Layihədə zirzəminin ölçüləri dəqiq göstərilməlidir. Binanın çöl-fasad görünüşü qeyd edilməlidir. Layihəni memar natarial qaydada təsdiqləməlidir. Sənədlər yerli icra nümayəndələrinə təqdim edilməlidir. Təqdim edilən layihə 10 gün müddətində baxılmalı və Nəticələr deyilməlidir".

Ekspert deyir ki, burada sadəcə layihə əka olunacaq amillər dəqiqliyilə göstərilir.

"Bununla da, yerli icra nümayəndələr nəzarət etdikləri ərazilərdə tikilən bina və tikililərin strukturunu tam biləcəklər. Yəni tikililər şəhərin baş planına uyğun olub-olmaması barədə dəqiq məlumatları olacaq. Tikililərin standarta uyğun olub-olmaması barədə dəqiq məlumatları olacaq".

BAKU.WS