SİZİN REKLAM BURADA!
055 213 76 73



"Neft məsələsini bir kənara qoyub, onu birdəfəlik yaddan çıxarmaq lazımdır. Biz qeyri-neft sektoru, nəqliyyat, kənd təsərrüfatını inkişaf etdirməliyik. Bu istiqamətdə işlər görülməkdədir. Ölkə başçısı tərəfindən bu istiqamətdə işlər görülür”.

Tanınmış jurnalist Kamil Həmzəoğlunun BAKU.WS-ə verdiyi məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanov deyib. C.Qurbanov bildirib ki, hökumətin tərkibi cavanlaşdığından idarəetməyə də yanaşma dəyişməkdədir:

"Neft ucuzlaşacaq, neft bahalaşacaq, bunları bir kənara qoymaq lazımdır. Biz işləməliyik. Yeni velosiped də icad etmək lazım deyil. Vergilər Nazirliyi də indi adam balası kimi işləyir, irəliləyiş, müsbət tendensiya göz önündədir…Gömrükdə də işlər yoluna düşməkdədir... Allah bizə də insaf versin, biz də işləmələyik... Bu gün nə edilirsə, Azərbaycan xalqının rifahı üçün edilir…Hər kəs öz işini görməlidir…Hər kəs də yaxşı işləsin ki, baxıb, fəxr edək”.

BAKU.WS