SİZİN REKLAM BURADA!
055 213 76 73



Aprelin 17-də Azərbaycanda qızılın qiyməti ucuzlaşıb, gümüş, platin və palladiumun qiyməti bahalaşıb.

BAKU.WS-in Trend-ə istinadən məlumatına görə, qızılın qiyməti aprelin 16 ilə müqayisədə 2,4905 manat azalaraq 1 troy unsiyası üçün 2285,8625 manat təşkil edib.

Gümüş 0,0398 manat bahalaşaraq 1 unsiya üçün 28,3502 manata bərabər olub.

Platinin qiyməti 3,077 manat artaraq 1583,2270 manat, palladiumun qiyməti 29,4865 manat artaraq 1711,4750 manat təşkil edib.

BAKU.WS