SİZİN REKLAM BURADA!
055 213 76 73



Kredit Scoringin fəaliyyətə başlaması nəticəsində kredit alan şəxslərin reytinqi hesablanacaq və yeni kredit alarkən onlara güzəştlər olunacaq. Bu sistem vətəndaşların kredit almaq imkanlarını sadələşdirmək üçün nəzərdə tutulub. Kredit scoring statistik model əsasında hesablanır ve bütün tarixçə 3 rəqəmli kredit balı ilə qiymətləndirilir. Bu həm də kredit verən təşkilatların risklərin azaldır. Eyni zamanda daha yüksək kredit scoruna malik şəxslərin kreditə çıxış imkamların artırır.

Bu sözləri BAKU.WS-ə açıqlama verərkən, Azərbaycan Respublikasının Kredit Bürosunun Direktoru Elçin Həbibov bildirib. O, həmçinin qeyd edib ki, kredit bürosunun təşkil etdiyi yeni kamunal çıxarışlar bu ay ərzində fəaliyyətə başlayacaq. Bunun sayəsində su, işıq ve qaz ödənişləri sistemdə görünəcək. Hansı vətəndaş nə qədər ödəyib, nə qədər borcu qalıb və nə qədər ödəməlidir hamsı sistemdə görünəcək.

Qeyd edək ki, sonda Elçin Həbibov kredit bürosunda 2.8 milyon borc alanın 12.5 milyon kredit hesabatı olduğunu deyib.

Nihat HÜSEYNZADƏ
BAKU.WS