SİZİN REKLAM BURADA!
055 213 76 73



E. Rüstəmov əhalinin dollarla olan kreditlərindən danışıb.

Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinə həsr olunmuş mətbuat konfrasında əlavə edib ki, köhnə kreditlər məsələsi hökumətin diqqətindədir: "Müvafiq araşdırmalar aparılır. Yəqin ki araşdırmalar bitəndən sonra qərar qəbul oluna bilər".

Baş bankir onu da vurğulayıb ki, Mərkəzi Bank uzun müddətdir ki, banklara kredit vermir: ”Biz əksinə, banklara notlar satırıq və onlar gəlir əldə edirlər. Çünki bizim kiçik portfelimiz var”.

Onun sözlərinə görə, ölkənin valyuta ehtiyatları 2,2 milyard artaraq 44 milyardı keçib.

"Qafqazinfo"
BAKU.WS