VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, iclasda 2017-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlərin yekunları ətraflı müzakirə edilib.

Müsbət nəticələrlə yanaşı, əhaliyə xidmət sahəsində yol verilmiş nöqsan və çatışmazlıqlardan da bəhs olunub, fəaliyyətini düzgün qurmayan vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul olunub, fəaliyyət sahələrinə dair müvafiq tapşırıqlar verilib.

BAKU.WS