SİZİN REKLAM BURADA!
055 213 76 73



2018-ci il yanvarın 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 561,2 milyon manat təşkil edib.

BAKU.WS Trend-ə istinadən məlumat verir ki, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrunə nisbətən 66,9 faiz, əhali tərəfindən banklara qoyulmuş əmanətlərin ümumi məbləğində xüsusi çəkisi isə il ərzində 20,4 faizdən 33,5 faizədək artıb.

Qeyd edək ki, xarici valyutada olan əmanətlər 2017-ci il yanvarın 1-i ilə müqayisədə 15,2 faiz azalıb.

BAKU.WS