SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün “Bank of Baku”nun 24 yaşı tamam olur. 

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir.

Pərakəndə sektor “Bank of Baku”nun fəaliyyətnin əsas sahəsidir. Ölkədə istehlak kreditlərinin artım dinamikası bankın inkişafı üçün bir stimuldur.Bankın şüarı olan “Sizə yaxın bankçılıq”, “Bank of Baku”-nun - müştərilər və onların gündəlik qayğılarına mümkün qədər yaxın olmaq- fəlsəfəsini özündə cəm edir. Bank özünün bütün fəaliyyəti boyunca Azərbaycanda pərakəndə biznesin formalaşmasına və inkişafına öz töhfəsini verir.

“Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabağcıl bank təcrübəsinin ölkədə yayılmasında “pioner” rolunu oynayıb. Məhz “Bank of Baku” hissə-hissə ödənişli kredit kartlarını ölkədə ilk dəfə kütləvi dövriyyəyə buraxdı, istehlak kreditlərinin rəsmiləşdirmə şərtlərini xeyli sadələşdirdi, daimi müştərilər üçün imtiyazlar klubu təsis etdi və s. Bununla da “Bank of Baku” böyük bir insan kütləsi arasında bank məhsul və xidmətlərinin yayılmasında böyük rol oynadı.

“Bank of Baku”-nun uğurlarının etirafı kimi Мoody’s beynəlxalq reytinq agentliyinin mövqeyini göstərmək olar. 2012-ci ildə reytinq agentliyi “Bank of Baku”-nun B2 uzun müddətli reytinq üzrə proqnozunu stabildən pozitiv səviyyəyə dəyişdi. 2013-cü ildə isə Мoody’s “Bank of Baku”-nun ümumi reytinqini B2 səviyyəsindən yüksəldərək uzun müddətli gözlənti reytinqi stabil olan B1 reytinqi kimi təsdiq etdi. Мoody’s təhlilçilərinə görə, reytinqin gücləndirilməsinə təsir edən əsas faktorlar “Bank of Baku”-nun güclü maliyyə göstəriciləri, möhkəm avtonom kreditvermə imkanları və aktivlərin yüksək keyfiyyətli olmasıdır.

Cəmiyyət qarşısında öz məsuliyyətini dərk edən “Bank of Baku” çoxsaylı sosial layihələr həyata keçirir. Təhsil sahəsindəki layihələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xeyriyyə aksiyalarına prioritet diqqət yetirilir. “Bank of Baku” ölkədə yeni və genişmiqyaslı sosial layihələr həyata keçirməkdə davam edəcək.Bu gün “Bank of Baku” Azərbaycanın maliyyə sektorunun aparıcı təsisatlarındandır. Müştərilərin gözləntilərini qarşılamaq və “Sizə yaxın bankçılıq” şüarını doğrultmaqda davam etmək üçün “Bank of Baku” özünün dinamik inkişafına davam edəcək.

BAKU.WS kollektivi də “Bank of Baku”nu təbrik edir.