VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əmlak Məsələləri Dövlət Komitəsi mart ayında nəqliyyat vasitələrinin növbəti hərracını keçirəcək.

BAKU.WS-in verdiyi məlumata görə, 06 mart 2018-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı təqdim edilib. 

Siyahıda 1-35-ci sətirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin tabeli təşkilatı olan “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)

Hərrac haqqında bu linkdən tanış ola bilərsiniz.

Şahin
BAKU.WS