SİZİN REKLAM BURADA!
055 213 76 73



2018-ci ilin yanvarında Gürcüstana gələn azərbaycanlı turistlərin sayı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,8 faiz artıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze deyib.

O bildirib ki, Gürcüstana daha çox Azərbaycan vətəndaşları səfər edir.

Ümumilikdə bu ilin yanvar ayında Gürcüstana 444,2 min əcnəbi gəlib. Bir il ərzində bu göstərici 14,8 faiz artıb.

BAKU.WS