SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyada ən populyar kriptovalyuta olan bitkoinin ucuzlaşması davam edir.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu ucuzlaşmaya kriptovalyuta bazarının nizamlanacağı barədə xəbərlər səbəb olub.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 10,05 faiz və ya 10,54 min dollaradək ucuzlaşıb. "Bitfinex" birjasında bitkoinin məzənnəsi 10,08 faiz (10,35 min dollaradək), GDAX-da isə 10,29 faiz (10,4 min dollaradək) ucuzlaşıb.

Alternativ kriptovalyutalar - "Ethereum" 9,57 faiz və ya 962,3 dollaradək, "Ripple" – 9,21 faiz (1,27 dollara qədər), "Bitcoin Cash" isə 11,56 faiz (1,58 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 510,8 milyard dollar təşkil edir. Bu göstəricinin 35 faizi bitkoinin payına düşür.

BAKU.WS