VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cuzi bahalaşıb. Avropanın vahid valyutası 1,1424-dən 1,1281 AZN-ə geriləyib. 

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə dəyişiklik qeydə alınıb. 1 ABŞ dolları 1,0498-dən 1,0501 AZN-ə yüksəlib. Bu 2015-ci il fevral devalvasiyasından sonra dolların 1.05-lik psixoloji həddi keçməsilə müşahidə olunan ən ciddi artımıdır.  
 
Rus rublunun məzənnəsində isə ucuzlaşma qeydə alınıb. Rubl 0,0166-dan 0,0163 AZN-ə düşüb. 

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

ŞAHİN Həbibov
BAKU.WS