VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Korporativ müştərilərinə göstərdiyi xidmət dairəsini günü-gündən genişləndirən Bank of Baku, “Sizə Yaxın Korporativ Bankçılıq” şüarına sadiq qalaraq məhz onlara ÖZƏL növbəti xidmətini təqdim edir.

Belə ki, ölkə iqtisadiyyatının inkişafında sahibkar və iş adamlarının rolunu daim dəstəkləyərək korporativ müştərilərinin istək və tələblərini nəzərə alan Bank, 145 Məlumat Mərkəzi daxilində onlara ÖZƏL - korporativ müştərilərə xidmət bölməsini artıq bir neçə müddətdir ki, istifadəyə verib.
Bankın korporativ müştəriləri 145-1-1 nömrəsilə əlaqə saxlayaraq aşağıdakı xidmətlərdən banka gəlmədən, sadəcə bir zəng vasitəsilə istifadə edə bilərlər:

Daxil olan bütün sual və müraciətlərin dərhal cavablandırılması;
İnternet bankçılıq xidmətinin aktivləşdirilməsi və istifadə ilə bağlı dəstəyin göstərilməsi;
Köçürmələr ilə bağlı əməliyyatların təsdiqi və ya ləğv edilməsi;
Asan imza nömrələrinin qeydiyyata alınması;
Kartlar üzrə PIN kodun yenidən aktivləşdirilməsi;
SMS bankçılıq xidmətinə qoşulma;
Təklif və  iradların qeydə alınması.

Bankın 145 Məlumat Mərkəzi həftəiçi hər gün saat 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq müştərilərə xidmət göstərir.

Qeyd edək ki, 145 Məlumat Mərkəzinə istər şəhərdaxili telefonlardan, istərsə də regionlardan zənglər pulsuzdur.

Korporativ müştərilərə özəl bu və ya digər xidmətlər haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzinə zəng etməklə və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olmaqla tanış ola bilərsiniz.

Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku