SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.

BAKU.WS-in ADPU-ya istinadla verdiyi məlumata görə, Elmi Şura üzvləri ADPU-nun professor-müəllim heyətinin elmi əsərləri ilə tanış olublar. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açıb.

O bildirib ki, iclasın gündəliyinə ADPU-nun 2017- ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında, ADPU-nun Şamaxı Filialının fəaliyyəti haqqında, 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında və cari məsələlər daxildir.

Daha sonra iclasda universitet əməkdaşlarının yanvar ayının 1-dən əmək haqlarının 10 faiz artırılması barədə məlumat verilib.

BAKU.WS