Bu ilin 9 ayında əmtəə ixracı 13.4% azalıb. Azalma, əsasən, neft sektoru üzrə baş verib. Belə ki, ixracın dəyəri xam neft üzrə 20%, neft məhsulları üzrə 10.2% azalıb.

Mərkəzi Bank xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac artıb. Artım çay, meyvə-tərəvəz, pambıq lifi, elektrik enerjisi, alüminium ixracında müşahidə olunub. Belə ki, ixracın həcmi çay üzrə 62.1%, meyvə-tərəvəz üzrə 41.5%, pambıq lifi üzrə 8.5 dəfə, elektrik enerjisi üzrə 2.8 dəfə, alüminium üzrə 21.6% artıb.

Dövr ərzində ixracda əsas tərəfdaşlar İtaliya (22.2%), Türkiyə (13.1%), Çin (5.4%), Rusiya (4.8%), İsrail (4.6%), Gürcüstan (4.3%) kimi ölkələr olub. 2017-ci ilin 9 ayında əmtəə idxalı 0.4% artıb. Dövlət sektoru üzrə əmtəə idxalı isə 9.4% azalıb. İdxal olunmuş məhsulların 16.9%-i Rusiya, 14.5%-i Türkiyə, 9.9%-i ABŞ, 9.7%-i Çin, 5.1%-i Ukrayna, 4.57%-i Almaniya, və 3.7%-i İtaliya kimi ölkələrinin payına düşüb. Dövr ərzində idxal ət, süd, çay, nəqliyyat vasitələri və onların hissələri, kərə yağı və süddən hazırlanmış digər yağlar üzrə artıb, buğda, şəkər, sement, qara metal və onlardan hazırlanan məhsullar, mebel üzrə isə azalıb.

Hesabat dövründə əmtəə idxalı 0.4% artıb. Dövlət sektoru üzrə əmtəə idxalı isə 9.4% azalıb. İdxal olunan məhsulların 16.9%-i Rusiya, 14.5%-i Türkiyə, 9.9%-i ABŞ, 9.7%-i Çin, 5.1%-i Ukrayna, 4.57%-i Almaniya, və 3.7%-i İtaliya kimi ölkələrin payına düşüb. Dövr ərzində idxal ət, süd, çay, nəqliyyat vasitələri və onların hissələri, kərə yağı və süddən hazırlanmış digər yağlar üzrə artıb, buğda, şəkər, sement, qara metal və onlardan hazırlanan məhsullar, mebel üzrə isə azalıb.

2017-ci ilin 9 ayında iqtisadi tərəfdaş ölkələrdə yaranan vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib. İlkin rəqəmlərə əsasən, 2017-ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 751.4 mln. ABŞ dolları olub.

BAKU.WS